İspaniya Ali Məhkəməsi, Suriya prezidenti Bəşər Əsədin ailəsinin bu ölkədəki var-dövlətinə həbs qoyub.
7News.az bildirir ki, Reuters-in xəbərinə görə, Ali Məhkəmə Əsədin əmisi Rifat əl-Əsəd haqqında İspaniyanın cənubundakı cinayət təşkilatları üçün pul ayırdığı iddiasıyla istintaqa başlayıb.
Əndəlüs muxtar ərazisindəki Marbella şəhərində olan 691 milyon avro dəyərindəki evlərinə həbs qərarı verən məhkəmə onlarla bank hesabının da bağlanılmasıyla bağlı qərar qəbul edib.
Qeyd edək ki, Rifat əl-Əsəd qardaşı Hafiz Əsəd dövründə dövlət başçısı köməkçisi vəzifəsində çalışıb.
7News.az








