RU
Bəşər Əsədin əmisi 4 illik həbs cəzasına məhkum edilib
23:50
2432

Bəşər Əsədin əmisi 4 illik həbs cəzasına məhkum edilib

Suriyanın sabiq vitse-prezidenti, Bəşər Əsədin əmisi Rüfət əl Əsəd barəsində həbs qərarı Paris Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bu barədə AFP xəbər verib.

Ötən ilin iyun ayında Paris məhkəməsi R.Əsədi çirkli pul yuyulması, dövlət vəsaitlərini dağıtmaq, daşınmaz əmlakla qanunsuz əməliyyatlar aparmaq ittihamları ilə 4 illik həbs cəzasına məhkum edib. 84 yaşlı R.Əsəd dekabr ayından daxili qanaxma diaqnozu ilə xəstəxanada yatdığına görə məhkəməyə gəlməyib.

Qeyd edək ki, 1984-cü ildə o zaman ölkə prezidenti olmuş qardaşı Hafiz əl Əsədə qarşı təşkil etdiyi çevriliş cəhdi yatırıldığından, o, Suriyanı tərk edib. Fransada və İspaniyada xeyli daşınmaz əmlaka sahib olan R.Əsəd 2014-cü ildən Fransada istintaq altında olub./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ