Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində beşmərtəbəli binanın damında quraşdırılmış havalandırma qurğusunun mühərriki yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı binadan 8 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Binanın damında yerləşən digər qurğular yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb./atv.az
7News.Az








