Qaziantepdə (Türkiyə) bərbərxanada pul üstündə mübahisə sonradan davaya çevrilib.
7News.Az haberler.com-a istinadən xəbər verir ki, bərbər işini görəndən sonra qiymət məsələsində tərəflər razılaşmayıb. 120 TL haqq istəyəndə bəy və qohumları bərbər Melisa Güneri və 4 işçisini döyüblər. Dava təhlükəsizlik kameralarına düşüb. Bədən xəsarəti yetirilən xanım bərbər həmin şəxslərin cəzalandırılmasını tələb edir.








