RU
Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
10:00
29

Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb

Beyləqan rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobillərin toqquşması nəticəsində sərnişin, 2017-ci il təvəllüdlü R.Məlikzadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ