RU
Beynəlxalq axtarışda olan azərbaycanlı vətənə ekstradisiya olunub
13:17
930

Beynəlxalq axtarışda olan azərbaycanlı vətənə ekstradisiya olunub

Fırıldaqçılıqda və hərbi qulluqçular arasında nizamnamə münasibətlərinin pozulmasına görə şübhəli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Azərbaycan vətəndaşı Rostov vilayətinin ərazisində saxlanılıb.

Daha sonra o, Azərbaycana ekstradisiya olunub.

Rostov vilayətinin prokurorluğundan verilən məlumata görə, ölkəsindən qaçaraq gizlənən Azərbaycan vətəndaşı bu ilin fevral ayında Rostov vilayətində aşkar olunub. Prokurorluğun saytında qeyd olunub ki, saxlanılan şəxs Dağıstan Respublikasından Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Həmin şəxsin ad və soyadı, törətdiyi cinayət və buna görə onu hansı cəzanın gözləməsi barədə heç bir məlumat verilmir./anspress.com

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ