RU
Beynəlxalq axtarışda olan maşın Azərbaycanda saxlanıldı
17:36
1014

Beynəlxalq axtarışda olan maşın Azərbaycanda saxlanıldı

Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T” markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.

DGK-dən 7news.Az-a verilən məlumata görə, yoxlama zamanı 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ