7NEWS.az xəbər verir ki, 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş 11 oktyabr Beynəlxalq Qız Uşaqları Günü bu il müharibələrin və hüquqların itirilməsinin kölgəsində qaldı. BMT-nin məlumatına görə, hər beş qızdan biri orta məktəbi bitirə bilmir. Aşağı gəlirli ölkələrdə qızlar və gənc qadınlar internetə daxil ola bilmirlər. UNICEF-in məlumatına görə, hər səkkiz qızdan biri 18 yaşına çatmamış cinsi zorakılığa məruz qalır.








