RU
Beyrutda zavodda partlayış baş verib, ölənlər var
22:10
574

Beyrutda zavodda partlayış baş verib, ölənlər var

Livanın paytaxtı Beyrutda su qızdırıcısı istehsal edən müəssisədə baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub.

7NEWS.Az  TASS-a istinadən xəbər verir ki, bu barədə polis idarəsinin sözçüsü bildirib.

"Partlayış Əl-Şami fabrikindəki binanın içərisində baş verib, ölənlər arasında müəssisənin sahibi də var", - sözçü deyib.

Bundan əvvəl Beyrutun Şatila qaçqın düşərgəsində minalanmış avtomobilin partladılması barədə xəbər yayılıb.

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ