RU
BƏZI AVIAŞIRKƏTLƏRIN ABŞ-A UÇUŞLARI QADAĞAN EDILDI
16:00
484

BƏZI AVIAŞIRKƏTLƏRIN ABŞ-A UÇUŞLARI QADAĞAN EDILDI

ABŞ-da sərtləşdirilmiş təhlükəsizlik tədbirlərinə riayət etməkdən boyun qaçıran aviaşirkətlər üçün ölkədaxili uçuşlar qadağan edildi.    

7news.Az xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik nazirliyindəki mənbəyə istinadən Reuters məlumat yayıb.

Daha öncə ABŞ daxili təhlükəsizlik naziri Con Kellinin ölkədə xarici sərnişin təyyarələri üçün yeni təhlükəsizlik tədbirlərinin tətbiq edildiyi barədə məlumat yayılmışdı. 

Həmçinin ABŞ nəqliyyat təhlükəsizliyi administrasiyası Rusiyanın "Aeroflot” şirkətinə yeni təhlükəsizlik tədbirlərinə dair xəbərdarlıq göndərib. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ