Son iki ayda Şabran Rayon Polis Şöbəsinə at oğurluğu ilə bağlı məlumatlar daxil olub.
7news.Az ARB TV xəbər verir ki, müraciət edən vətəndaşlar atlarının otlaq, hətta həyətyanı sahələrindən yoxa çıxmasını bildiriblər. Bununla bağlı polis dərhal əməliyyat qrupu yaradıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonu Şahnəzərli kənd sakinləri 24 yaşlı Sadiq Hüseynov və onun həmyaşıdı Elxan Nuriyev şübhəli şəxs qismində saxlanılıblar.
Məlum olub ki, sinif yoldaşı olan şəxslər iki ay ərzində Şabran və Xaçmaz rayonu ərazilərindən 12 at oğurlayıb. Onlar ifadələrində həmin atları satmaq məqsədi ilə oğurladığını bildiriblər.
Sadiq Hüseynov (saxlanılan şəxs): "Bu atları kəsilməsi üçün oğurluq etməmişəm, bilirdim ki, ziyarətə gedəcək. Ona görə belə arxayınçılıqla götürdüm. Özüm də at saxlayanam, ona görə kəsilməsinə razı deyildim".
Saxlanılan şəxslər Şabran və Xaçmazda ümumilikdə 10-a yaxın vətəndaşa ziyan vurub. Atların çoxu Şabran rayonunun Söhbətli, Rəhimli, Padar, Uzunboyad və Ağalıq kənd sakinlərinə məxsusdur.
Oğurlanan atların Quba şəhəri ərazisində satılması müəyyənləşib. Saxlanılan şəxslər atları dəyərindən çox aşağı qiymətə satıb.
Faktla bağlı Şabran rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










