RU
12:15
334

"Bilirəm, Obamanın məndən xoşu gəlir..." - TRAMP

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama onun xoşuna gəlir və bu münasibət qarşılıqlıdır.

7News.az xəbər verir ki, D.Tramp bunu "Fox News" telekanalına müsahibəsi zamanı deyib: "Bilirəm, mən də onun xoşuna gəlirəm, amma bilmirəm, o bunu etiraf edər, ya yox".

Daha sonra Tramp prezident seçkiləri dövründə Obamanın digər namizəd Hillari Klintonu dəstəkləməsini də qeyd edərək bildirib: "O dönəmdə bir-birimizə çox söz demişik. Lakin seçkilər bitdi, inauqurasiyadan sonra maşına oturub Pensilvaniyaya getdik və olanları heç xatırlamadıq".
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ