RU
Binəli Yıldırım Azərbaycanda qəzaya düşüb - YENİLƏNİB
22:10
87

Binəli Yıldırım Azərbaycanda qəzaya düşüb - YENİLƏNİB

Binəli Yıldırım Zəngilan aeroportu yolunda qəzaya düşməsi barədə xəbər paylaşıb.

B.Yıldırım Tvitter hesabında Azərbaycana səfəri zamanı qəza keçirdiyini və profilaktika məqsədi ilə xəstəxanaya yerləşdiyini yazıb.

21.27

Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanda qəzaya düşüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Tvitterdə bildirib.

Nazir qeyd edib ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüblər. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib. Hazırda onların və sürücünün səhhəti normaldır./apa
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ