Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili,
Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, "İki sahil” qəzetinin
baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə,
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısı Aparatının şöbə
müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Binəqədi rayonunun bələdiyyə sədrləri,
bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bələdiyyələrin Məhəllə Komitələrinin
sədrləri, seçicilər, KİV nümayəndələri və Bakı şəhərinin digər rayonlarının bir
sıra bələdiyyə sədrləri iştirak etmişdirlər.
Tədbir ilk öncə aparıcı tərəfindən açıq elan edilmiş və Milli Mətbuat Gününün
tarixi haqqında məlumat verilmişdir.
Daha sonra Binəqədi bələdiyyələri hesabat xarakterli çıxışlarını təqdim
etmişdirlər. Belə ki, "Bələdiyyələrdə vergi ödəyiciləri ilə aparılan işin vəziyyəti:
nailiyyətlər və problemlər” mövzusunda M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət
Hüseynov, "Seçici məmnunluğu bələdiyyələrin fəaliyyətinin prioritet sahəsi
kimi” mövzusunda Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, "Bələdiyyələrin
beynəlxalq əlaqələri” mövzusunda Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac
Əliyeva, "Bir bələdiyyə-bir layihə”si çərçivəsində Binəqədi bələdiyyələrində
görülən işlər Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev geniş məlumat
vermişdirlər.
Sonra tədbirdə çıxış edənlər AzTV-nin əməkdaşı Firuzə Nadir və Belediyye.info
saytının redaktoru Vüqar Tofiqli bildirdilər ki, əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad,
demokratik və güclü mətbuat vardır. Hazırda müstəqil mətbuatın formalaşması və
inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Daha sonra natiqlər Binəqədi rayonunda media qurumları ilə işin peşəkar
səviyyədə qurulduğunu və artıq media nümayəndələrinin rayon ərazisində görülən
işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet
saytından operativ şəkildə əldə edə bildiklərini qeyd etdilər, məlumatların peşəkar
səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin
olunmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili,
Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev öz çıxışlarına
22 İyul- Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etməklə
başladılar. Natiqlər vurğuladılar ki, ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi
informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.
Çıxışını davam etdirən natiqlər qeyd etdilər ki, Azərbaycan milli mətbuatının
yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı Əkinçi qəzetinin müstəsna
rolu və əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz
Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən
bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində "azad
söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir.
Tədbirin rəsmi hissəsi Milli Mətbuat Günü ilə bağlı bir neçə media nümayəndələrinin
və televiziya əməkdaşlarının Fəxri fərmanla təltif edilməsi ilə
bitmişdir.
Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilmişdir.

















