RU
“Bir insanı Allah yoluna çəkmək üçün...” - Siyavuş Novruzov
13:51
491

“Bir insanı Allah yoluna çəkmək üçün...” - Siyavuş Novruzov

"Mən Milli Məclisin Dini qurumlar  və ictimai birliklər komitəsinin sədriyəm. Buna görə də deyə bilərəm ki, İslamda belə bir qayda var ki, bir insanı Allah yoluna çəkmək üçün öz imkanlarından varını xərcləyə bilərsən. Biz də bunu əsirgəməmişik və pulu Azərbaycanın maraqlarına xərcləmişik”.

7news.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.  

 

O qeyd edib ki, lobbiçilik dünyada qanunla  tənzimlənir: "Hansısa lobbiçilik işinin görülməsində qəbahət yoxdur. Məsələn, Amerikada lobbiçilik fəaliyyəti ilə bağlı xüsusi qanun var. İstənilən şəxs öz pulunu verərək lobbiçilik fəaliyyətini apara bilər. O baxımdan burada qanunsuzluq yoxdur. Biz də  buna uyğun olaraq fəaliyyət göstərmişik”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ