Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bir neçə ay əvvəl təqaüdə göndərilən rəisi, polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib.
BakiPost.az-a daxil olan məlumata görə, general qəfildən dünyasını dəyişib. Xatırladaq ki, fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Sonra isə o, uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq nazirin müşaviri təyin olunmuşdu.
Məlumata görə, generalın vəfatından sonra yaşadığı Zərifə Əliyeva küçəsində tıxac yaranıb. Buna səbəb başsağlığına gələn həmkarlarının avtomobili həmin ərazidə park etmələri olub.
7News.az








