RU
Bir qrup ukraynalı hərbçi itkin düşüb
11:45
423

Bir qrup ukraynalı hərbçi itkin düşüb

Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisi Luqansk vilayətində verilən tapşırığı yerinə yetirərkən itkin düşüb.

Bunu "Ukrayna 112” telekanalının efirində "Mariupol” taktiki qruplaşmanın mətbuat nümayəndəsi Dmitri Zavtonov bildirib.

"Bir qrup hərbçi ön xətdə müşahidə ilə bağlı tapşırığı icra edərkən itkin düşüb”, - deyə Zavtonov bildirib. İtkin düşənlərlə hələ ki əlaqə saxlamaq mümkün olmayıb. Bu istiqamətdə tədbirlər davam etdirilir./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ