RU
Birinci sinifə qəbul qaydaları AÇIQLANDI
14:00
28

Birinci sinifə qəbul qaydaları AÇIQLANDI

Birinci sinifə qəbul prosesi əsasən elektron qaydada həyata keçirilir və bu mərhələdə hər hansı müsabiqə və ya müsahibə nəzərdə tutulmur.

Bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib.

Onun sözlərinə görə, yalnız təhsilini xarici dillərdə almaq istəyən şagirdlər üçün müsahibə mərhələsi tətbiq edilir. 

"Bu müsahibələrin keçirilməsi qaydaları və qiymətləndirmə meyarları nazirliyin kollegiya qərarı ilə təsdiqlənib və ictimaiyyət üçün açıqdır".

E. Bağırov qeyd edib ki, məktəbəhazırlıq qruplarında təhsil alan təxminən 90 minə yaxın uşaq birbaşa birinci sinfə keçid alır.

Əlavə edib ki, ölkə üzrə 4000 məktəbdən yalnız 70-80-də şagird sıxlığı yüksək olduğuna görə prioritetli qəbul tətbiq olunur. Bu məktəblərdə ilk mərhələdə həmin ərazidə yaşayan valideynlər üçün seçim imkanı yaradılır. Bir aylıq müddət başa çatdıqdan sonra isə boş qalan yerlər digər vətəndaşlar üçün açıq elan edilir.

Bildirib ki, əsas hədəf əhatəliliyin artırılmasıdır.

"Ölkədə qəbul edilmiş strategiyaya əsasən, 2026-cı ilin sonunadək bu göstəricinin 50 faizə çatdırılması planlaşdırılır. 2022-ci ildə əhatəlilik səviyyəsi 30 faizə yaxın olduğu halda, hazırda bu rəqəm 40 faizə çatıb və ilin sonuna qədər 50 faizə yüksəldilməsi nəzərdə tutulur".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ