RU
Bişkekdə rusiyalı diplomatlar qəzaya düşdü
21:00
380

Bişkekdə rusiyalı diplomatlar qəzaya düşdü

Rusiyanın Qırğızıstandakı səfirliyinin iki əməkdaşının avtomobili Bişkekdə yük mikroavtobusu ilə toqquşub.

Bu barədə "Ria Novosti”yə diplomatik nümayəndəliyin mətbuat katibi Darya Paxomova bildirib.

Onun sözlərinə görə, hazırda qəza yerinə səfirliyin nümayəndələri yollanıb.

Mətbuat katibi diplomatların vəziyyəti haqda məlumat verməyib.

"Sputnik Qırğızıstan” xəbər verir ki, diplomatlara məxsus "Toyota Prado” markalı avtomobil Manas hava limanına gedən yolda "Mercedes-Benz Sprinter”lə toqquşub./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ