RU
“Bitcoin Cash” bir günə 60%-dən çox bahalaşdı
10:53
470

“Bitcoin Cash” bir günə 60%-dən çox bahalaşdı

Bitkoin – virtual kriptovalyutasının nağd forması – "Bitcoin Cash” bir günə 63,65% bahalaşaraq 635,38 ABŞ dollarına bərabər olub.

Bu barədə 7news.Az Report-a istinadən xəbər verir.

Xatırladaq ki, bitkoinin nağd forması dövriyyəyə bu ayın əvvəlindən buraxılıb və onun qiyməti adi bitkoində olduğu kimi sürətlə artır. Bitkoinin nağdsız forması isə hazırda 4 min dollardan bahadır.

2009-cu ildə satışa buraxılmış bitkoinin kapitallaşması hazırda 67,5 mlrd. dollar təşkil edir. Dövriyyədə 16,5 mln. bitkoin var.

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ