RU
lombard
Biznesməni güllələyən Qusar sakini 18 il cəza alıb
17:45
393

Biznesməni güllələyən Qusar sakini 18 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Eynulla Hacıyevin (1967-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29.120.2.7(. iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu il iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində Eynulla Hacıyev Bakı ş. sakini, iş adamı Ramiz Vəliyevi
ov tüfəngindən atəş açmaqla qətlə yetirilib. Daxil olan məlumat əsasında şübhəli şəxs həmin gün RPŞ-nin saxlanılıb. Dindirmə zamanı Eynullah Hacıyev cinayəti namus üstündə öldürdüyünü bildirib. Hadisə mərhumun adı çəkilən kənddəki villasında baş verib. Eynulla Hacıyev əvvəl həmin villada gözətçi, onun baldızı isə qulluqçu işləyib və təqsirləndirilən şəxs qətli də məhz baldızının şərəfini qorumaq üçün törədib. Qeyd edək ki, KİV-də qətlə yetirilən Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olması bildirilib.

Dövlət ittihamçısı məhkəmədən E.Hacıyevin 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Son sözlə məhkəməyə müraciət edən təqsirləndirilən şəxs R.Vəliyevi qəsdən öldürmək niyyətində olmadığını qeyd edib.

Məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ