RU
Blinken Stoltenberqlə NATO və Əfqanıstanın Strateji Konsepsiyasını müzakirə edib
02:00
1175

Blinken Stoltenberqlə NATO və Əfqanıstanın Strateji Konsepsiyasını müzakirə edib

ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Qeyd edilib ki, tərəflər NATO və Əfqanıstandakı vəziyyətlə bağlı yeni strateji konsepsiyanın hazırlanmasını müzakirə ediblər.

"Dövlət katibi Blinken və Baş katib Stoltenber NATO-nun yeni strateji konsepsiyasının daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apararaq Əfqanıstandakı vəziyyəti, həmçinin, əfqan xalqına kollektiv dəstəyi müzakirə ediblər”, deyə Prays əlavə edib./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ