7NEWS.az xəbər verir ki, İsrailə silah dəstəyini davam etdirən Amerika Yaxın Şərqdə atəşkəs danışıqlarını davam etdirir. ABŞ dövlət katibi Antoni Blinken ilk səfərini İsrailə edib və baş nazir Benyamin Netanyahu ilə görüşüb. Bu görüşdə Blinken Netanyahuya Qəzzanın şimalının blokadası ideyasını açıq şəkildə rədd etməsi üçün təzyiq etdi. İsrailin İrana qarşı planlaşdırdığı cavab hücumuna toxunan Blinken, "İsrailin İrana daha böyük gərginliyə səbəb olmayacaq şəkildə cavab verməsi vacibdir" dedi.








