RU
Blinken və Stoltenberq Ukraynaya əlavə yardımı müzakirə ediblər
02:00
696

Blinken və Stoltenberq Ukraynaya əlavə yardımı müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

7NEWS.Az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.
O bildirib ki, tərəflər NATO xarici işlər nazirlərinin noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüşündən əvvəl Ukraynaya əlavə yardım və Şimali Atlantika Alyansının müdafiəsinin gücləndirilməsini müzakirə ediblər.

Prays əlavə edib ki, onlar Finlandiya və İsveçin NATO-ya qoşulmasına dəstəklərini ifadə ediblər.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ