RU
Blinkendən Putini əsəbləşdirəcək sözlər:
16:10
875

Blinkendən Putini əsəbləşdirəcək sözlər: "ruslar bir dəfə evinizə girdisə..."

"Mənə elə gəlir ki, Qazaxıstan hakimiyyəti və hökumətinin etirazlarla lazımi şəkildə məşğul olmaq, asayişi qoruyarkən etirazçıların hüquqlarına hörmətlə yanaşmaq imkanları var, ona görə də onların niyə kənardan yardıma ehtiyac duyduqları aydın deyil”. 

Bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında deyib. O, Qazaxıstanın ölkədəki iğtişaşları yatırmaq üçün qoşun dəvət etməsindən sonra Rusiyanın təsirini azaltmağın çətin olacağını bildirib:
"Yaxın tarixdən bir dərs rusların evinizə girdikdən sonra onları oradan çıxarmağın bəzən çox çətin olduğudur".

Blinken vəziyyəti yaxından izlədiklərini söyləyib.

Qeyd edək ki, yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ