RU
BMP döyüş maşınının yaradıcısı vəfat edib
22:10
318

BMP döyüş maşınının yaradıcısı vəfat edib

Piyadaların hərbi döyüş maşınları BMP-1, BMP-2 və BMP-3-ün yaradıcısı Danil Relin 92 yaşında vəfat edib.

Bu barədə Kurqan şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"Əfsanəvi BMP-1, BMP-2, BMP-3 piyadaların döyüş maşınlarının yaradıcısı, Kurqan şəhərinin fəxri vətəndaşı Danil Zaxaroviç Relin vəfat edib. Danil Zaxaroviç Relinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun istedadlı maşınqayıran, öz peşəsinə sədaqətli bir insan kimi əziz xatirəsi qəlbimizdə əbədi olaraq qalacaqdır”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Relin 1930-cu il dekabrın 14-də anadan olub, 1954-cü ildən Kurqan Maşınqayırma Zavodunda işləyib, zavod konstruktorundan müəssisənin texniki şöbəsinin müdir müavini vəzifəsinədək yol keçib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ