Birləşmiş Millətlər Təşkilatı (BMT) gələn il Somalidə 6,9 milyon insanın humanitar yardıma ehtiyacı olacağını bildirib.
7NEWS.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin hazırladığı hesabatda humanitar yardım səylərinin artması və quraqlığın təsirlərinin azalması ilə Somalidə kömək gözləyənlərin sayının ötən illə müqayisədə azaldığı qeyd edilib. Hesabatda 2024-cü ildə quraqlıq, daşqın və qarşıdurmalar səbəbindən 6,9 milyon insanın yardıma ehtiyacı olacağı və lazımi işlərin görülməsi üçün 1,7 milyard dollar tələb olunacağı bildirilib.
7NEWS.az








