RU
BMT-nin Baş katibi Odessaya gedib
17:40
145

BMT-nin Baş katibi Odessaya gedib

BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Odessa dəniz limanına gedib.

Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

"BMT-nin Baş katibi Quterreş Odessa limanına gəlib”, - o bildirib.

Xatırladaq ki, A.Quterreş avqustun 17-dən Ukraynada səfərdədir. O, bundan qabaq Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ