RU
BMT rəhbər vəzifələrin bir qismini ləğv edəcək
10:40
27

BMT rəhbər vəzifələrin bir qismini ləğv edəcək

BMT təşkilatın irimiqyaslı islahatı çərçivəsində yaxın iki ildə rəhbər vəzifələrin bir qismini azaltmağı və ləğv etməyi planlaşdırır.

7News.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

Onun sözlərinə görə, islahatlar üzv ölkələrin, o cümlədən ABŞ-nin üzvlük haqları üzrə yaranmış borclarının səbəb olduğu maliyyə böhranı fonunda zəruridir.

BMT rəhbəri bildirib ki, "UN80" proqramı çərçivəsində artıq 2026-cı il üçün büdcəni azaltmaq və 2 000-dən çox iş yerini Cenevrə və Nyu-York kimi bahalı şəhərlərdən daha ucuz regionlara köçürmək mümkün olub.

O əlavə edib ki, 2027-ci ilin büdcəsində idarəetmə pillələrinin ixtisarı və yüksəkvəzifəli ştatların sayının azaldılmasına başlanılması nəzərdə tutulacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ