RU
BMT Şimali Koreyanı nüvə məsələsi ilə bağlı danışıqlara çağırıb
01:30
1096

BMT Şimali Koreyanı nüvə məsələsi ilə bağlı danışıqlara çağırıb

BMT ballistik raketin buraxılışı fonunda Koreya Xalq Demokratik Respublikasını (KXDR) yarımadanın nüvəsizləşdirilməsi üzrə danışıqları bərpa etməyə çağırıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"BMT-nin Baş katibi raket buraxılışından xəbərdardır və hesab edir ki, diplomatik əlaqə və danışıqlar Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsinə nail olmaq üçün yeganə yol olaraq qalır", - Düjarrik qeyd edib.

Xatırladaq ki, KXDR bu gün yerüstü qurğudan ballistik raket atışı həyata keçirib. Raket Yapon dənizinə düşüb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ