BMT Təhlükəsizlik Şurası Koreya yarımadasında raketlərin işə salınmaları ilə əlaqədar çərşənbə günü iclas keçirəcək.
7NEWS.Az xəbər verir ki, bu barədə TASS-a beynəlxalq təşkilatdakı mənbə bildirib.
İclas Fransa və Estoniyanın təşəbbüsü ilə çağırılır.
Qeyd edək ki, çərşənbə günü Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə tərəf iki ballistik raket buraxıb. Həmin gün "Yonhap” agentliyi Cənubi Koreya Prezidentinin Administrasiyasına istinadən bildirib ki, Koreya Respublikası ilk dəfə sualtı gəmidən ballistik raket sınağını həyata keçirib.
7NEWS.Az







