RU
BMT: Ukraynada azı 780 mülki şəxs müharibədə həlak olub
11:30
215

BMT: Ukraynada azı 780 mülki şəxs müharibədə həlak olub

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək azı 780 dinc sakin həlak olub, daha 1 252 nəfər yaralanıb.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatında deyilir.

Məlumata görə, fevralın 24-dən martın 16-dək 3 milyon 169 min 897 ukraynalı ölkənin qonşu dövlətlərlə sərhədlərini keçib.

Ukraynalı qaçqınların yarıdan çoxu Polşaya gedib. Siyahıda ikinci və üçüncü yerdə Rumıniya və Moldova qərarlaşıb.

Bununla yanaşı, fevralın 18-dən 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 50 min nəfər Rusiya ərazisinə keçib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ