RU
BMT Ukraynada müharibə nəticəsində ölən və yaralanan dinc sakinlərin sayını açıqlayıb
11:10
91

BMT Ukraynada müharibə nəticəsində ölən və yaralanan dinc sakinlərin sayını açıqlayıb

Rusiyanın Ukrayanda apardığı müharibə nəticəsində azı 6 490 dinc sakin ölüb, 9972 mülki vətəndaş isə yaralanıb.
7News.Az "Ukrayna seyças”a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının İdarəsi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə müharibə nəticəsində mülki insanlardan 2 533 kişi, 1731 qadın, 201 oğlan və 168 qız ölüb.

Bundan əlavə öldürülən 34 uşaq və 1828 yaşlının cinsini hələ müəyyən etmək mümkün olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ