7NEWS.az xəbər verir ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün lazım olan emissiyaların azaldılması ilə bağlı illik hesabatını dərc edib. Hesabatda bu hədəfin "tezliklə yox ola biləcəyi” vurğulanıb və qlobal səfərbərliyə çağırılıb. Müvafiq olaraq, ölkələr 2030-cu ilə qədər illik istixana qazı emissiyalarını 42 faiz, 2035-ci ilə qədər isə 57 faiz azaltmalıdırlar.








