RU
Bolqarıstan yığmasının üzvləri Tbilisidə qəzaya düşüb
11:10
141

Bolqarıstan yığmasının üzvləri Tbilisidə qəzaya düşüb

Bolqarıstanın futbol yığmasının üzvləri Tbilisidə qəzaya düşüb.

Hadisə futbolçuların hava limanından iki avtobusla mehmanxanaya çatdırılması zamanı baş verib.

Bir avtobusun digəri ilə toqquşması nəticəsində komandanın üzvü Todor Nedelev xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Yığmanın digər üzvləri arasında travma alan olmayıb.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, Millətlər Liqası çərçivəsində iyunun 12-də Tbilisidə "Dinamo Arena” stadionunda Gürcüstan-Bolqarıstan matçı keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ