RU
Boltonun Moskva danışıqlarının bəzi detalları açıqlandı
14:37
228

Boltonun Moskva danışıqlarının bəzi detalları açıqlandı

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya Xarici İşlər Nazirliyində və Təhlükəsizlik Şurasında keçirdiyi görüşlər zamanı Qafqazdakı vəziyyəti müzakirə etməyib. 

7News.Az xəbər verir ki, bununla bağlı "RİA Novosti” Moskvadakı yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb. 

"Boltonun Rusiya XİN-də və TŞ-da keçirdiyi görüşlərlə bağlı KİV-ə verdiyi açıqlamalardan təəccübləndik. Amerikalı nümayəndə görüşlər zamanı Qafqaz və Çindəki vəziyyəti müzakirə etdiyini deyib”, - mənbə bildirib. 

"Qafqazdakı vəziyyət müzakirə edilməyib. Çin məsələsinə gəlincə, Rusiya tərəfi bu problemin Çinlə birlikdə müzakirə etməsini təklif edib”, - o deyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ