Braziliya gömrük xidməti ölkənin ən böyük limanı Santos San-Paulu əyalətində 2 tona yaxın kokain aşkarlayıb.
Bu barədə "Globo” telekanalı məlumat yayıb .
Qeyd olunub ki, İspaniyaya göndərilmək üçün nəzərdə tutulmuş portağal suyu olan konteynerdə 700 kq-dan çox narkotik maddə gizlədilib. Afrikaya gedən şəkər konteynerində isə yarım tondan çox kokain aşkar edilib. Bir gün əvvəl də qəhvə partiyasında daha 560 kq narkotik ələ keçirilib./Yeniavaz
7NEWS.Az








