RU
Braziliyada həkimlərin öldüyünü təsdiqlədiyi şəxs dəfnə hazırlıq zamanı dirildi
11:00
24

Braziliyada həkimlərin öldüyünü təsdiqlədiyi şəxs dəfnə hazırlıq zamanı dirildi

Braziliyada həkimlərin öldüyünü zənn etdiyi 88 yaşlı kişi dəfn olunmağa hazırlıq mərhələsində dirilib.

Bu barədə Böyük Britaniyanın "Mirror" nəşri məlumat yayıb.

Məlumata görə, həkimlər ahıl kişinin xəstəxanada tənəffüs çatışmazlığı səbəbindən dünyasını dəyişdiyini təsdiqləyiblər. Bundan sonra onun cənazəsi dəfnə hazırlanmaq üçün tibb müəssisəsindən çıxarılaraq müvafiq mərkəzə aparılıb.

"Əməkdaşlarımız standart daşıma prosedurunu həyata keçirirdilər. Onlar laboratoriyaya gəlib cənazəni masanın üzərinə qoyanda qarın nahiyəsində qeyri-adi hərəkət müşahidə etdilər. İlk anlarda onun nəfəs alıb-almadığından tam əmin ola bilmədilər", - deyə dəfn evinin rəhbəri bildirib.

Şahidlər kişinin hələ də həyat əlamətləri göstərdiyini anlayan kimi dərhal təcili tibbi yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər qocaya ilkin yardım göstərərək onu yenidən xəstəxanaya yerləşdiriblər.

Yerli hakimiyyət orqanları baş verən insidenti "vaxtında və lazımi tibbi yardım göstərməmək" maddəsi ilə qeydiyyata alıblar. Xəbərdə vurğulanır ki, əgər dəfn evinin işçiləri diqqətli davranmasaydılar, həkimlərin buraxdığı bu ciddi səhv braziliyalı kişinin diri-diri basdırılmasına və həyatını itirməsinə səbəb olacaqdı.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ