7NEWS.az xəbər verir ki, ötən il oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərində uduzaraq dekabr ayında ABŞ-a gələn keçmiş prezident Jair Bolsonaronun qarın ağrısı səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilib. ABŞ mətbuatında çıxan xəbərlərdə onun Florida ştatının Orlando şəhərindəki AdventHealth Celebration Xəstəxanasına aparıldığı, Bolsonaronun sağlamlıq vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilmədiyi bildirilib. Bolsonaro daha əvvəl 2018-ci ilin sentyabrında Braziliyanın Minas Gerais əyalətində keçirilən mitinq zamanı bıçaqlandığı üçün "qarın ağrısı" ilə xəstəxanaya yerləşdirilmişdi.
7NEWS.az








