Birləşmiş Krallıq İkinci Qarabağ müharibəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq məbləğində maliyyə ayırıb.
7News.Az Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında yazılıb.
Səfir Ceyms Şarp qeyd edib: "Mina və partlamamış sursatlar səbəbindən ölüm və yaralanma xəbərlərini eşitmək məni dəhşətə gətirib. Atəşkəsdən bəri 150-dən çox hərbçi və mülki şəxsin minaya düşməsi nəticəsində həlak olması və ya yaralanması faciədir".
7News.Az








