RU
Britaniya İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib
21:50
352

Britaniya İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib.

7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur, kiberpolis rəhbəri Nasser Məcidi və müxtəlif hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərlərini daxil edilib.

Siyahıda ümumilikdə 24 nəfərin adı var.

Bu sanksiyalar İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı tətbiq edilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ