Britaniya Kolumbiyasında turistləri daşıyan qayıq batıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Riçmond sahillərində qeydə alınıb.
Məlumata görə, qayıqda 10 nəfər olub, onlardan 4-ü xilas edilib, qalan şəxslərin axtarışları isə davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatına Kanada Hərbi Hava Qüvvələrinin helikopterləri və təyyarələri də cəlb olunub.








