Böyük Britaniya kralı III Çarlz və kraliça Kamillaya yumurta atan şəxs saxlanılıb.
İnsident bu gün monarx və həyat yoldaşı ilə ənənəyə uyğun olaraq Miklgeyt qapısı (Micklegate Bar) ilə York şəhərinə daxil olarkən baş verib. Yayılan görüntüdə bir neçə yumurtanın cütlüyə toxunmadan onların yaxınlığına düşdüyü görünür.
Hadisəni törətdiyi bildirilən şəxs dərhal polis tərəfindən saxlanılıb./apa
7NEWS.Az








