RU
Britaniyada istilər səbəbindən məktəblər bağlanıb və ictimai tədbirlər ləğv edilib
22:10
324

Britaniyada istilər səbəbindən məktəblər bağlanıb və ictimai tədbirlər ləğv edilib

Böyük Britaniya sakinləri ölkənin bir sıra bölgələrində anomal istilərə hazırlaşır.

Ölkədə yüksək temperatur - 39 dərəcəyə qədər isti gözlənilir.

Bu həftənin sonunda isə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Böyük Britaniya tarixində ilk dəfə istilər səbəbindən təhlükənin ən yüksək səviyyəsi – qırmızı xəbərdarlıq elan edilib.

Sakinlər mümkün qədər evdə qalmağa, həm şəxsi nəqliyyat, həm də qatarla səyahət etməkdən çəkinməyə çağırılıb.

Anomal istilər üzündən ölkənin bəzi bölgələrində, xüsusən də Nottinqhemşir və Hempşir qraflıqlarında məktəblər bağlanıb. Bundan əlavə, Lankaşirdə at yarışı, Berkşirdə isə parad kimi, müxtəlif ictimai tədbirlər ləğv edilib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ