RU
Britaniyanın təhlükəsizlik naziri sürücülük hüququndan 6 aylıq məhrum edilib
18:10
115

Britaniyanın təhlükəsizlik naziri sürücülük hüququndan 6 aylıq məhrum edilib

Britaniyanın təhlükəsizlik naziri Tom Tugendhat altı ay müddətinə sürücülük hüququndan məhrum edilib.

7NEWS.Az "Sky News"a istinadən xəbər verir ki, nazir sükan arxasında telefonla danışdığı üçün ona bu məhdudiyyət tətbiq olunub.
Tom Tugendhat bildirib ki, onun əlində telefon olsa da, o, telefonla danışmayıb.

Hakim Cak MakKarva deyib ki, mobil telefondan istifadə diqqəti yayındırır: "Cib telefonundan hər hansı şəkildə istifadə etmək diqqəti yayındırır. Bu, insanların maşın sürmə qabiliyyətini zəiflədir. Mən gözləyərdim ki, siz bizə yaxşı nümunə olarsınız", o bildirib.

Qeyd edək ki, 49 yaşlı nazir aprelin 4-də Uandsvortda özünün "Skoda 4x4" markalı avtomobilini sürərkən polis tərəfindən saxlanılıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ