Brüsselin mərkəzində naməlum şəxs avtomat silahla restoranı atəşə tutub.
7News.Az xəbər verir ki, bu haqda RTBF telekanalı şəhər prokurorluğuna istinadən məlumat yayıb.
Silahlı insident nəticəsində heç kimin yaralanmadığı bildirilir.
"Şahidlər bir kişinin Kalaşnikov avtomatına bənzəyən odlu silahla Luis prospektində yerləşən restoranın vitrini istiqamətində atəş açdığını görüb”, - deyə prokurorluğun rəsmi nümayəndəsi İne Van Vimers bildirib.
Hadisə yerinə gəlmiş polis əməkdaşları ərazidə üç güllə izi aşkarlayıb.
Hücumun motivləri hələlik məlum deyil. Yerli hüquq-mühafizə orqanları insidentin terrorla əlaqədar olmadığını güman etsə də, bütün versiyalar araşdırılır.
7News.Az








