Erkək, xəstə və ya deformasiyaya məruz qalmış cücələr yumurta sənayesi üçün faydasız sayılır. Belə heyvanlara ət sənayesində də tələb duyulmur. Nəticədə "lazımsız” cücələri qəddarlıqla məhv edirlər, hətta ocağa atırlar.

Cücələr qablara doldurulur və üzərlərinə boğulmaları üçün su tökülür. Heyvanlar boğulmazdan əvvəl var gücləri ilə suyun üzündə qalmağa çalışırlar, təəssüf ki, sonda təslim olurlar...

Onlara qarşı törədilən qəddarlığın ən dəhşətli məqamlarından biri "sıxma prosesi”dir. Belə ki, cücələrin olduğu qabın üzərinə digər qabla fiziki təzyiq göstərilir. Altda qalan heyvanlar isə nə qədər acınacaqlı olsa da, sıxılaraq tələf olurlar.

Heyvanların ömrünün uzun olmayacağını düşünən işçilər onların üzərində gəzərək əzir və yaranmış "məhsul”dan balıqlar üçün yem hazırlayırlar.//publika
7News.az

(interaztv.com)








