15 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub.
Bu barədə 7News.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 18 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№
Sahibkarlıq subyekti
Ünvan
Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1
İsmayılov Aqşin Tapdıq oğluna məxsus şərab evi
Xətai rayonu, Q.Nəbi küç., ev 9
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2
"İran Nemətləri" mağazası
Xətai rayonu, Q.Nəbi küçəsi
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3
"Sənan" market
Abşeron rayonu, Saray qəsəbəsi
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3.Ev şəraitində hazırlanan məhsulların satışı
4
"Təklə" market
Qobustan şəhəri, Təklə kəndi
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
5
Ağalarov Fariz Ağarza oğluna məxsus market
Qobustan rayonu, Çuxanlı kəndi
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4.Ev şəraitində hazırlanan məhsulların satışı
6
"Sünbül" market
Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi 4
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7
"Seyid" market
Bərdə rayonu, Güloğlular kəndi
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
8
Əlicanova Gültəkin Zakir qızına məxsus ərzaq mağazası
Zaqatala şəhəri, Əliabad qəsəbəsi
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
9
"Dokta" aptek
Şəmkir şəhəri, Ş.Qurbanov küçəsi
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10
"Dokta" aptek
Şəmkir şəhəri, S.Qazıyev küçəsi 27
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
11
"Paşa" restoranı
Xətai rayonu, Q.Nəbi küç.,
ev 4
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
12
"Mətin" şadlıq evi
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., M.Davudoğlu küç., ev 17
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
13
"Qafqaz" restoranı
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., M.Davudoğlu küç., ev 1Q
Ev şəraitində hazırlanan məhsulların satışı
14
"Millenium" şadlıq evi
Binəqədi rayonu, M.Cəlal küç., ev 60B
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
15
"Bəy Quzu" kafesi
Binəqədi rayonu, M.Davudoğlu küç., ev 1K