RU
lombard
Bu da oldu: Seçicilər deputatlığa namizədə pul verir ki, kampaniya aparsın
15:30
482

Bu da oldu: Seçicilər deputatlığa namizədə pul verir ki, kampaniya aparsın

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd, yazar Kəramət Böyükçol seçicilərlə görüş zamanı maraqlı halla qarşılaşıb. Belə ki, seçicilərdən biri ona yaxınlaşaraq pul verib.

7News.Az xəbər verir ki, o, bu barədə "Facebook” hesabında məlumat paylaşıb:

"Əminəm ki, heç bir namizəd seçkiyə mənim kimi ancaq yolpulu ilə qoşulmayıb. Presosdə çəkilən xərclərin hamısı kasıb dostlarımın maddi köməyi hesabınadır. Sağ olsunlar. Allah haqqı, Beyləqanda məni tanıyan, çıxışlarımı izləyən, yazılarımı oxuyan gənc bir müəllim seçici məni kənara çəkib cibimə 100 manat qoydu. Pulu cibimdən çıxarıb üzünə baxdım. Donub qaldım. Təsəvvür edin, seçici namizədə pul verir ki, işlərində lazım olar. Azərbaycanda!Allah haqqı, hələ də şokdayam. Biznesmenlər də rəqib namizədə 100 min verir ki, get 10 manatdan camaata payla, səs yığ. Deputatlıq uğrunda mübarizə aparan namizədlər arasında fərqə baxın da, biri camaata pul paylayır, o birinə də seçicisi pul verir”.
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ