RU
Bu dəfə Ərdoğan Putinə jest etdi
22:15
1003

Bu dəfə Ərdoğan Putinə jest etdi

“Rusiya ilə münasibətləri qaydasına salmaq istəyirik”.
 
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 
Ərdoğan rəsmi Moskvanın ondan hansı addımları atmağı gözlədiyini anlamadığını söyləyib: “Əslində hər iki tərəf münasibətlərin yaxşılaşmasına çalışmalıdır”.
 
O, həmçinin pilotun “səhvi”nə görə Türkiyə- Rusiya münasibətlərinin bu həddə çatmağını da dərk etmədiyini qeyd edib.
 
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə Türkiyənin Rusiyaya məxsus “SU-24” təyyarəsini vurmasına baxmayaraq əlaqələri bərpa etmək istədiyini, Rusiyanın Türkiyə ilə müxtəlif üsullarla əlaqə saxladığını bəyan etmişdi: “Rəsmi Moskva Türkiyədən konkret addımlar gözləyir, lakin hələ bir yenilik yoxdur”./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ